Ru
17:30 / 14 Sentyabr 2026

Tramp təhlükəli prosesə start verdi: London çətin sınaq qarşısında

Tramp təhlükəli prosesə start verdi: London çətin sınaq qarşısında
Eye

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri bazar ertəsi Birləşmiş Krallığın parçalanması prosesinə başlamaq məqsədi daşıyan razılaşmanı imzalamaq üçün bir araya gələcəklər.

“Bakupost” “The Telegraph”a istinadən xəbər verir ki, Kardiffdə keçiriləcək sammitdə üç ölkənin birinci nazirləri müstəqillik referendumlarının keçirilməsi hüququnu tələb edən birgə bəyannaməyə imza atmağı düşünürlər.

Görüş Böyük Britaniya baş naziri Endi Börnhemin parlamentdə Şotlandiyada yeni müstəqillik referendumunun keçirilməsinə “aydın konsensus” olduğu halda icazə verəcəyini bildirməsindən sonra keçirilir.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ Prezidenti Donald Tramp vahid İrlandiyanı “görməyi çox istədiyini” bəyan edib. ABŞ Prezidenti ötən şənbə Dublinə səfəri zamanı Şimali İrlandiyanın İrlandiya Respublikasına qoşulmasının “möhtəşəm bir şey” olacağını deyib və “Bunun nəyi pis ola bilər” sualını verib.

Görəsən, Böyük Britaniyanin parçalanması mümkündürmü?

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Donald Tramp çox təhlükəli bir prosesə start verib:


“O, Şimali İrlandiya ilə İrlandiya Respublikasının birləşməsinin müsbət hadisə olacağını söyləyib. Bunun ardınca Şotlandiya və Uels də Londondan ayrılmaq barədə düşünməyə başladı. İndi bu üç subyekt toplaşaraq memorandum qəbul etmək və referendum keçirmək istəyir. Böyük Britaniyanın Baş naziri buna etiraz edərək, ən azından seçkilərə qədər heç bir referendumun olmayacağını vurğulayıb. Ancaq təhlükəli proses artıq başlayıb”. Ekspert qeyd edir ki, Britaniyanın tərkibindəki 3 subyekti narazı salan çoxsaylı məqamlar var: “Britaniya Avropa Birliyindən (AB) çıxarkən, Şotlandiya və Uels Londonun əksinə çıxış etmişdi. İndi də ümid edirlər ki, müstəqilliyə qovuşsalar AB-yə üzvlük məsələsini qaldıra bilərlər”.

Prosesin qarşısını almaq rəsmi London üçün olduqca çətin olacaq:

“Trampın buna dəstək verməsi, Rusiyanın da anoloji fikirdə olması fonunda Britaniya üçün parçalanma təhlükəsi mövcuddur. Londonun prosesin qarşısını necə alacağı aydın deyil. Ancaq bir şey aydındır ki, Trampın start verdiyi bu proses çoxsaylı ölkələrə ciddi başağrısı yaradacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar