Ru
14:58 / 25 İyul 2026

Tramp Türkiyədən qayıdarkən təyyarəsini niyə dəyişdi? - SƏBƏB

Tramp Türkiyədən qayıdarkən təyyarəsini niyə dəyişdi? - SƏBƏB
Eye

ABŞ lideri Donald Tramp Türkiyəyə səfəri ərzində məxfi xidmətdən aldığı sui-qəsd xəbərdarlığı səbəbindən Qətərin bağışladığı "Boeing 747-8" əvəzinə əvvəlki "Air Force One" təyyarəsindən istifadə etmək məcburiyyətində qalıb.

"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı "New York Times" nəşri yayıb.

"ABŞ rəsmiləri iranyönümlü qruplaşmaların hücum ehtimalını real qiymətləndirdikdən sonra Tramp bu ay Türkiyəni tərk etməzdən öncə təyyarəsini dəyişdirib", - deyə nəşrin materialında bildirilir.

Təyyarəni dəyişmək barədə qərar Böyük Britaniyanın şərq hissəsində yerləşən Mildenholl hərbi hava bazasında dayanacaq zamanı qəbul edilib.

Söhbət Qətər monarxiyası tərəfindən Birləşmiş Ştatlara hədiyyə olunan və dəyəri 400 milyon dollar təşkil edən "Boeing 747-8" hava gəmisindən gedir. Mətbuat nümayəndələrinin sözlərinə görə, bu rəqəm son 25 il ərzində ABŞ prezidentlərinə verilən bütün hədiyyələrin ümumi məbləğindən 100 dəfə yüksəkdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar