ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib.
"Bakupost" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.
Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə" yoluna qoya bilərdi, lakin o bunu etməməyi seçib.
"Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb... Mən sövdələşmə bağlaya biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - red.) çoxlu sövdələşmələr bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi", - Tramp bildirib.