Ru
18:30 / 12 Noyabr 2025

"Tramp yolu"nun tikintisinə bu tarixdə başlanacaq – Paşinyan açıqladı

"Tramp yolu"nun tikintisinə bu tarixdə başlanacaq – Paşinyan açıqladı
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, TRIPP layihəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.

Bakupost.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

“İlin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları təsvir olunacaq. Bu sənədlər 2026-cı ilin birinci yarısında təsdiqlənəcək”, – Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Tramp komandası Yaxın Şərqdəki digər layihələrlə də məşğuldur, lakin Ermənistan layihənin müəyyən edilmiş müddətə uyğun həyata keçirilməsinə səy göstərəcək.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar