Ru
20:27 / 06 Avqust 2025

Tramp Zelenski ilə telefon danışığı aparır

Tramp Zelenski ilə telefon danışığı aparır
Eye

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparır.

Bakupost.az xəbər verir ki, bu barədə “Axios” Ağ Ev rəhbərinin ətrafına yaxın mənbələrə istinadən məlumat yayıb.

Portalın jurnalisti Barak Ravid X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Tramp hazırda Zelenski ilə telefonla danışır".

Nəşrin məlumatına görə, söhbət ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş fonunda gedir.

Rusiya lideri ilə Amerika nümayəndəsi arasında dialoq üç saat davam edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar