Ru
21:34 / 23 İyul 2026

Trampa gözlənilməz zərbə: ABŞ Nümayəndələr Palatası İrana görə hərəkətə keçdi

Trampa gözlənilməz zərbə: ABŞ Nümayəndələr Palatası İrana görə hərəkətə keçdi
Eye

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni dəstəkləyib.

"Bakupost" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Sənədin lehinə 214, əleyhinə isə 208 səs verilib. Qətnamə prezidentə ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsini dayandırmağı tapşırır və faktiki olaraq ehtimal edilən quru əməliyyatlarının keçirilməsini qadağan edir.

Lakin sənəd ABŞ-nin icraedici hakimiyyət qolu üçün məcburi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Qanunvericilər bu kimi sənədlərdə öz mövqelərini ifadə edirlər. ABŞ administrasiyasının onlara məhəl qoymamaq hüququ var.

İstisna edilmir ki, yaxın saatlarda oxşar qətnamə Konqresin Senatında da səsverməyə çıxarılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar