Ru
21:49 / 03 Fevral 2026

Trampdan “Epşteyn işi” ilə bağlı MÜHÜM AÇIQLAMA

Trampdan “Epşteyn işi” ilə bağlı MÜHÜM AÇIQLAMA
Eye

ABŞ prezidenti Donald Tramp "Epşteyn işi" ilə bağlı danışıb.

Bakupost.az xəbər verir ki, Tramp bildirib ki, Cefri Epşteyn onun seçkilərdə məğlub olması üçün demokratlarla birgə çalışıb.

ABŞ prezidenti bildirib ki, Ədliyyə Nazirliyinin bu dosyeləri indi ictimaiyyətə açıqlaması düzgün deyil. Tramp Epşteynlə heç bir əlaqəsinin olmadığını xüsusi vurğulayıb.

"Ədliyyə Nazirliyi "Epşteyn işi" ilə bağlı 3 milyon səhifəlik dosye yaydı. Buna nə ehtiyac var. Bu işin sonunda təkcə Bil Klinton və Bil Qeyts zərər görməyəcək, çünki bu məsələdə haqqında suallar yaranan xeyli insan var. Epşteyn 10 il öncə həyatda olanda heç kim onu ciddiyə almırdı" - Tramp bildirib.

Qeyd edək ki, ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar