Hörmüz boğazı vasitəsilə gəmiçiliklə bağlı vəziyyət nizamlanacaq.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dublində İrlandiya Prezidenti Ketrin Konnolli ilə görüşündən sonra deyib.
"Hər şey mütləq yoluna düşəcək", - ABŞ lideri Səudiyyə Ərəbistanı və həmin marşrut üzrə gəmilərin fasiləsiz hərəkətinin təmin edilməsi mümkünlüyü barədə sualı cavablandırarkən bildirib.
Trampın bəyanatı regiondakı gərgin vəziyyət, o cümlədən Yəməndə husilərin fəaliyyəti və Səudiyyə Ərəbistanının neft kəmərinə endirilən zərbələr fonunda səslənib.