Ru
14:08 / 27 Avqust 2026

Trampdan FES üzvünə yeni təzyiq

Trampdan FES üzvünə yeni təzyiq
Eye

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) üzvü Lisa Kuku vəzifədən uzaqlaşdırmaq cəhdini yenidən gündəmə gətirib.

“Bakupost” xəbər verir ki, Kuk barəsində irəli sürülən ipoteka fırıldaqçılığı ittihamlarını rədd edib və onları əsassız adlandırıb.

Kukun vəkili Ağ Evə göndərdiyi məktubda onun heç vaxt ipoteka fırıldaqçılığı və ya qəsdən qanun pozuntusu törətmədiyini bildirib.

Trampın Kuku vəzifədən uzaqlaşdırmaq cəhdi daha əvvəl Ali Məhkəmədə nəticəsiz qalmışdı. Kuk indiyədək hər hansı cinayət ittihamı ilə üzləşməyib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar