Ru
16:30 / 10 İyun 2026

Trampdan gözlənilməz açıqlama: “İrana yeni hücum əmri verməyə çox yaxınam”

Trampdan gözlənilməz açıqlama: “İrana yeni hücum əmri verməyə çox yaxınam”
Eye

Dünən sülhə çox yaxın olduqlarını bildirən ABŞ prezidenti Donald Tramp sosial media hesabından İranla bağlı gözlənilməz paylaşım edib.

Bakupost.az xəbər verir ki, ABŞ prezidenti İran ordusuun tamamilə darmadağın edildiyini bildirib:

“Onların donanmasının və hava qüvvələrinin böyük bir hissəsi artıq orada yoxdur; onlar tamamilə məğlub olublar. İran yalnız danışır, hərəkət etmir. İran onlar üçün əla ola biləcək bir razılaşmanı müzakirə etmək üçün çox vaxt itirib; indi bunun əvəzini ödəməli olacaqlar".

Tramp həmçinin “Fox News”a verdiyi müsahibədə “yeni hücum göstərişi verməyə yaxın olduğunu” bildirib. O, İranın enerji stansiyaları və körpülərinin olduğunu da xatırladıb.

ABŞ Mərkəzi Komandanlığı iyunun 9-da ABŞ-nin “Apaçi” helikopterinin vurulması qarşılığında İrana cavab zərbələri endirməyə başladıqlarını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu da ABŞ-nin hücumlarına cavab olaraq bölgədəki ABŞ bazalarını hədəf aldığını açıqlayıb.

Bilal, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar