ABŞ Prezidenti Donald Tramp HƏMAS-ı 20 israilli girovu dərhal azad etməyə çağırıb.
Bakupost.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"HƏMAS-a deyin ki, 20 girovun hamısını (2 yox, 5 yox, 7 yox!) dərhal geri qaytarsın və vəziyyət qısa zamanda dəyişəcək. Bu bitəcək!", - Tramp yazıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlar zamanı irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, sektordakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə İsrail və ABŞ-nin məsuliyyət daşıdığını bəyan ediblər.