ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan hücumların uzun sürəcəyini düşünmədiyini bildirib.
“Bakupost” xəbər verir ki, Tramp ABŞ-nin Hörmüz boğazına nəzarəti əlində saxladığını və İranın bölgədə yerləşdirdiyi hərbi avadanlıqların məhv edildiyini deyib.
ABŞ ordusunun İranın cənub sahillərində radar sistemləri və mina yerləşdirmə imkanlarını hədəf aldığı, İranın isə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına raket və dronlarla cavab verdiyi bildirilir.
Vüsalə Hüseynova,
BakuPost