Ru
12:39 / 09 Yanvar 2026

Trampdan sərt xəbərdarlıq – “Rejim çökmə həddindədir”

Trampdan sərt xəbərdarlıq – “Rejim çökmə həddindədir”
Eye

“ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hazırda çökmə astanasındadır və Vaşinqton vəziyyəti yaxından izləyir. Onun sözlərinə görə, əgər İran hakimiyyəti etirazçıları öldürməyə başlasa, ABŞ “çox ağır zərbə” endirməyə hazırdır”.

Bakupost.az xəbər verir ki, ABŞ Prezidenti bu sözləri “Fox News” kanalına verdiyi müsahibədə deyib.

Tramp qeyd edib ki, İran rejimi keçmişdə də dinc və silahsız insanlara qarşı amansız davranıb:

“Birdən-birə əliyalın insanlar meydanda dayanır, rejim isə avtomatlarla onları güllələyir. Bəzilərini həbsxanalara aparıb edam edirlər. Onlar həmişə çox sərt oynayıblar.”

ABŞ prezidenti vurğulayıb ki, bu ssenari təkrarlanarsa, Vaşinqton tərəddüd etməyəcək:

“Mən dedim ki, əgər bunu etsələr, onlara çox ağır zərbə vuracağıq. Biz buna tam hazırıq.”

Tramp həmçinin Ali lider Əli Xameneinin vəziyyətinin getdikcə çətinləşdiyini və çıxış yolu axtardığını da bildirib.

ABŞ prezidentinin sözlərinə görə, iğtişaşlarda ölənlər var, lakin itkilərin bir hissəsi birbaşa zorakılıqdan deyil, kütlə izdihamdan qaynaqlanır. Küçələrdə toplaşan insanların sayı o qədər çoxdur ki, bəziləri izdihamda tapdalanaraq həyatını itirib:

“Bu, sözün əsl mənasında dəhşətlidir. Kütlələr çox böyükdür.”

Tramp vurğulayıb ki, rejimi devirmək istəyi və ruh yüksəkliyi inanılmaz səviyyədədir. O əlavə edib ki, hazırda baş verənlər nəticəsində izdiham səbəbindən çoxlu insan həyatını itirir.

“Görək nə olacaq. Bu kütlə axınları çoxlu itkilərə səbəb olur”.

Müsahibə zamanı Xameneyinin Rusiyaya qaçmağı düşünüb-düşünmədiyi ilə bağlı suala ABŞ prezidenti konkret ad çəkmədən, “O, İrandan harasa getməyi planlaşdırır”, – cavabını verib.

***

Bu arada ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan respublikaçı üzvü Pet Fallon İslam Respublikasının dini lideri Əli Xameneiyə və onun ətrafına kəskin formada müraciət edərək, onların İranı mümkün qədər tez tərk etmələrinin “daha yaxşı” olacağını bildirib.

Amerikalı qanunverici İrandakı kritik vəziyyətə və genişlənən ümummilli etirazlara istinad edərək vurğulayıb ki, zaman İslam Respublikası rəhbərlərinin əleyhinə işləyir və ölkədən çıxmaq onların son variantı ola bilər.

Pet Fallonun bu bəyanatları İranın müxtəlif şəhərlərində davam edən etirazlar və tətillər fonunda səslənib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar