Ru
23:22 / 18 Sentyabr 2025

Trampdan Starmerə miqrantlarla bağlı TƏKLİF: Onlara qarşı ordudan istifadə et!

Trampdan Starmerə miqrantlarla bağlı TƏKLİF: Onlara qarşı ordudan istifadə et!
Eye

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmerə qanunsuz immiqrasiya ilə mübarizədə ordudan istifadəni təklif edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə birgə mətbuat konfransında bildirib .

Amerika lideri milyonlarla insanın ABŞ sərhədini nəzarətsiz keçdiyini xatırladıb və buna görə Co Bayden administrasiyasını günahlandırıb. Tramp iddia edib ki, o, problemi həll edib və son üç ay ərzində heç kim ölkəyə qanunsuz daxil olmayıb.

Amerika lideri Starmerə deyib: "Hərbidən istifadə edib-etməməyin, hansı vasitələrdən istifadə etməyin fərqi yoxdur. Amma qanunsuz miqrasiya ölkələri daxildən məhv edir".

Sentyabrın 13-də Londonda qanunsuz miqrantların qəbuluna qarşı keçirilən aksiyada 110 mindən çox insan iştirak edib .

Qeyri-qanuni mühacirlərin otellərdə yerləşdirilməsinə başlanılması və müsəlman qadın Şabana Mahmudun daxili işlər naziri təyin edilməsi ölkədə narazılıq yaradıb.

Bəzi britaniyalılar miqrantlara dəstək olaraq "Faşizmə qarşı yürüş" adlı paralel mitinq keçiriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar