Ru
13:12 / 01 İyun 2026

Trampdan Tehrana yeni sərt tələblər - İrana təzyiq mexanizmi, yoxsa özünü qorumaq?

Trampdan Tehrana yeni sərt tələblər - İrana təzyiq mexanizmi, yoxsa özünü qorumaq?
Eye

Tehranla razılaşmaya yaxınlaşıldığı deyilən bir ərəfədə iddialara görə, ABŞ Prezidenti Donald Tramp İran sazişi üçün daha sərt şərtlər təklif edib.

Bakupost.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzeti adları açıqlanmayan ABŞ adminstrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Yeni təklifin təfərrüatları bəlli olmasa da, bəzi ABŞ rəsmilərinin açıqlamasına görə, təklif edilən daha sərt şərtlər Tehrana əlavə təzyiq göstərmək və danışıqlar prosesini sürətləndirmək məqsədi daşıyır.

Konfliktoloq Üzeyir Şəfiyev Bakupost.az-a bildirib ki, Donald Tramp aralıq seçkiləri ərəfəsi nüfuzdan düşməmək üçün sərt ritorika və sərt tələblərlə çıxış etməyə məcburdur.

Ekspertin sözlərinə görə, ABŞ Prezidentinin deyilən yeni sərt şərtləri içərisində yəqin ki, nüvə silahı məsələsi öndə gəlir:

“İranın nüvə silahına sahib olması ABŞ üçün “qırmızı xətt”dir. Çünki bunun baş verməsi ABŞ və İsrail üçün ekstensional təhdiddir. Tehran bildirir ki, nüvə silahı məsələsi danışıqların sonrakı raunduna saxlanılır. Tramp isə deyir ki, ilk şərt nüvə silahı və zənginləşdirilmiş uranla bağlı olan məsələlərdir. Bundan başqa, Tehrandan proksi qüvvələrindən, orta mənzilli raketlərdən imtina etməsi və Hörmüz boğazının əvvəlki statusuna qaytarılması tələb olunur. Tramp bu məsələlərdə yumşaqlıq nümayiş etdirmir”.

Həmsöhbətimiz hesab edir ki, İsrailin ambissiyası bitməyincə, ABŞ və İran müharibəni sona çatdıra bilməyəcəklər:

“İndiki halda Tramp informasiya müharibəsilə məşğuldur və onu heç də uğurla aparmır. Tramp seçki ərəfəsi nüfuzdan düşməmək üçün diplomatik ritorikanı sərt saxlamağa məhkumdur. Amma İranla gizli danışıqlar da gedir”.

Konfliktoloq deyir ki, Tramp hər nə qədər sərt şərtlər irəli sürsə də, kompromisdə də maraqlıdır:

“Çünki artıq İranla toqquşmanın ona baha başa gələcəyinin fərqindədir. O, müharibəni beynəlxalq təhdid anlamına gətirməyi bacarmadı. Problem bütün hallarda sahədə həll olumağa məhkumdur. Hətta bu dəfə Tramp Avropa dövlətlərini inandıra bilsə, onlar da ABŞ-yə dəstək verəcəklər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar