Ru
17:48 / 14 Sentyabr 2026

Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”

Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
Eye

ABŞ yerdənkənar sivilizasiyanın mövcudluğunun təsdiqlənəcəyi təqdirdə tədbirlər planı hazırlayıb.

“Bakupost” Almaniya nəşri “Bild”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yadplanetlilərlə görüşə hazırlaşmaqla bağlı əmr verib.

Bu əsasda psixoloq Janice Vilgauer qeyd edib ki, anomal hadisələrlə məşğul olan elmi şuraların üzvləri Vaşinqtondan təlimat alıblar.

Onun sözlərinə görə, 31 avqustda Milli Kəşfiyyat Direktorunun Ofisində keçirilən görüşdə bir neçə nəfər yadplanetlilərə qarşı müharibə ehtimalını müzakirə edib.

Vilgauer vurğulayıb ki, kəşfiyyat orqanlarının bu məsələni müzakirə etməsi "mütləq yadplanetlilərin mövcudluğunun təsdiqlənməsi və ya rəsmi bəyanatın hazırlanması demək deyil".

Bununla belə, alimin sözlərinə görə, Amerika hakimiyyəti belə bir kəşfin potensial nəticələrini ilkin planlaşdırmanı tələb edəcək qədər "ciddi" hesab edir.

Planın təfərrüatları hələlik açıqlanmır. Xüsusilə, onu hansı qurumların həyata keçirəcəyi, işə salınması üçün nəyin əsas olacağı və əhali arasında təşvişi azaltmaq istiqamətində tədbirlərin olub-olmadığı məlum deyil.

Lakin xanım Vilqauer eyham vurur ki, görüş zamanı onlara Ağ Evdə "yuxarıdan" bununla bağlı qərar və hətta ordu bölmələrinə əmrlər verildiyi barədə işarələr verilib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar