Ru
22:50 / 25 Sentyabr 2026

Trampdan Zelenskiyə çağırış: Putinlə danışıq üçün Moskvaya get!

Trampdan Zelenskiyə çağırış: Putinlə danışıq üçün  Moskvaya get!
Eye

Ağ Evin rəhbəri Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.

"Bakupost" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Zelenski BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti ilə keçirdiyi görüş zamanı bu təklifi rədd edib. Ukrayna liderinin mövqeyinə bələd olan şəxslərin sözlərinə görə, Trampın bu məsələni qaldırması onu məyus edib.

Xatırladaq ki, sentyabrın 23-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vladimir Zelenski Vladimir Putinlə görüşmək üçün Moskvaya gələ bilər və Rusiya tərəfi ona lazımi təhlükəsizlik təminatlarını verəcək.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar