Ru
22:30 / 08 İyul 2026

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...
Eye

Donald Trampın Türkiyəyə səfəri çərçivəsində keçirilən protokol tədbirlərindən yayılan görüntülər çox informativdir. Mətn az olsa da, sanki səssiz filmdə olduğu kimi, çox şeyi aydın şəkildə göstərir.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, dövlət protokolu və mərasim qaydaları xarici siyasətin həmişə ən mühüm amillərindən biri olub.

“Qısaca, əsas tezislər:

Trampın əvvəlcədən verdiyi anons təsdiqləndi: Türkiyə və Pakistan Yaxın Şərq regionunda təhlükəsizlik məsələləri üzrə ABŞ-ın ən vacib tərəfdaşlarıdır.

NATO-da say baxımından ikinci ən böyük silahlı qüvvələrə malik olan Türkiyə hətta nüvə silahına sahib olan Fransa və Böyük Britaniya ilə müqayisədə də bundan sonra Avropa təhlükəsizlik sistemində əsas rollardan birini oynayacaq.

Netanyahu dövründə İsrailin ABŞ-ın yeganə və əsas hərbi-siyasi dayağı olmaq ambisiyaları regionun coğrafi, demoqrafik və ən başlıcası dini-konfessional reallıqları səbəbindən tam həyata keçə bilməz.

İsrailin "İbrahim sazişləri" vasitəsilə siyasi təsirini genişləndirmək istiqamətindəki iddialı konsepsiyası yalnız yəhudi dövlətinin öz təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə məhdudlaşacaq.

Türk Dövlətləri Təşkilatının lideri olan Türkiyə artıq ABŞ-ın dəstəyi ilə vahid müdafiə komponentinin formalaşdırılmasını daha da sürətləndirəcək.

Hələlik bunlar. Düşünürəm ki, səfərin yekun nəticələrinə əsasən bu tezislərə əlavə və ya düzəlişlər etmək mümkün olacaq”, - o vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar