Ru
15:33 / 07 May 2026

Trampın Çin səfəri: Pekin ABŞ-ni yumşalda biləcəkmi?

Trampın Çin səfəri: Pekin ABŞ-ni yumşalda biləcəkmi?
Eye

Vaşinqtonla Tehran ABŞ Prezidenti Donald Trampın Çinə səfəri ərəfəsi müəyyən razılığa gəlmək niyyətindədirlər.

Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
Belədə İslamabad tərəflərin Trampın Çinə səfərindən əvvəl ilkin razılaşma əldə edəcəyinə ümid edir.

Bu əsasda iddia olunur ki, ABŞ və İran qısa anlaşma memorandumu imzalamağa yaxındırlar. Bu sənəd Yaxın Şərqdəki münaqişənin dayandırılmasını rəsmiləşdirməli və nüvə proqramı üzrə gələcək müzakirələrin çərçivəsini müəyyən etməlidir.

Xatırladaq ki, Trampın Pekinə səfəri mayın 14-15-nə təyin edilib.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Trampın Pekin səfəri öncəsi belə proseslərin aktivləşməsi təsadüfi sayılmamalıdır:

“Əslində İran ilə Çin arasındakı qarşılıqlı münasibətlərin səbəblərindən biri də ABŞ-ni danışıqlarda müəyyən güzəştlərə vadar etmək cəhdi ilə əlaqələndirilir. ABŞ uzun müddətdir Çinə qarşı iqtisadi məhdudiyyətlər və tarif siyasəti aparır, həm də İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edir. Bu baxımdan Tehran və Pekinin müəyyən məsələlərdə yaxınlaşması Vaşinqtona qarşı ortaq strateji balans yaratmaq məqsədi daşıya bilər”.

Ekspertin fikrincə, ola bilər Pekində olacaq danışıqların daha əlverişli atmosferdə keçməsi üçün Çin İranla bağlı müəyyən məsələlərdə əvvəlcədən razılaşmanların əldə olunmasını istəyir:

Hətta konfliktoloq bunun səfərdən sonra baş verməsi variantını da istisna etmədi:

“Çünki tərəflər bəzən ilkin siyasi mesajları əvvəlcədən verir, əsas razılaşmaları isə liderlərarası görüşlərdən sonraya saxlayırlar. Ümumiyyətlə, İran–Çin münasibətlərinin intensivləşməsi təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır və ABŞ ilə qlobal rəqabət kontekstində qiymətləndirilir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar