Ru
09:00 / 24 İyul 2026

Trampın dublyoru olduğu deyilən şəxs kimdir?

Trampın dublyoru olduğu deyilən şəxs kimdir?
Eye

Sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampın dünya çempionatının finalından sonra jurnalistlərə açıqlama verərkən arxa planda görünən şəxsin onun dublyoru olduğu iddiası yayılıb.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddialar “The Daily Show” verilişinin aparıcısı Con Stüartın həmin görüntülərlə bağlı zarafat etməsindən sonra daha da geniş yayılıb.

Verilişdə Stüart Trampın arxasında görünən yaşlı şəxsi göstərərək, bunun “ehtiyat Tramp” və ya dublyor olub-olmadığını istehzalı şəkildə sorğulayıb.

Ancaq fakt yoxlaması aparan platformalar həmin şəxsin Trampın dublyoru olmadığını müəyyənləşdiriblər.

Məlumata görə, görüntülərdə görünən şəxs ABŞ Prezidentinin qayınatası, birinci xanım Melaniya Trampın atası Viktor Knavsdır.

Ağ Evin 19 iyul 2026-cı il tarixli rəsmi məlumatında da DÇ finalından sonra prezidentlə birlikdə “Air Force One” təyyarəsi ilə Merilenddəki Endryus Hərbi Hava Bazasına qayıdan şəxslərin siyahısı açıqlanıb. Həmin siyahıda Viktor Knavsın adı Prezident Donald Trampdan dərhal sonra yer alıb.

Bundan əlavə, Viktor Knavsın əvvəlki rəsmi tədbirlərdə çəkilmiş fotoları ilə sözügedən görüntülər müqayisə edildikdə, arxa planda görünən şəxsin məhz Melaniya Trampın atası olduğu təsdiqlənir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar