ABŞ Prezidenti Donald Tramp İrana təcavüzlə bağlı əslk niyyətini açıqlayıb.
Bakupost.az AzPolitika-ya istinadən xəbər verir ki, o, "Financial Times" qəzetinə Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirmək istədiyini bildirib.
"Düzünü desəm, mən İranın neftinə nəzarəti ələ keçirmək istərdim", - o qeyd edib.
Tramp əlavə edib ki, ABŞ daxilindəki tənqidlərə baxmayaraq, bu mövqeyi haqlı hesab edir.
Daha əvvəl, martın 26d-a keçirilən Nazirlər Kabinetinin iclasında o, həmçinin İran neftinə nəzarətin yaradılmasının mümkün addım kimi nəzərdən keçirildiyini bildirmişdi.
"Bu, variantdır", - deyə ABŞ Prezidenti vurğulayıb.
Ancaq İranın müqaviməti Trampın arzusunu hələlik gözündə qoyub.