Ru
22:23 / 10 Avqust 2026

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...
Eye

ABŞ Prezidenti Donald Tramp öz təşəbbüsü ilə avqustun 8-də baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib.


"Bakupost" AnewZ-a istinadla xəbər verir ki, ABŞ Prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında Prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib.

1980–1988-ci illərdə baş vermiş səkkizillik İran–İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha da sıx birləşdirdi.

İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasına maraqlıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar