Ru
17:16 / 13 Oktyabr 2026

Trampın Ukrayna ilə bağlı yeni planı: 4 bənddə nələr var?

Trampın Ukrayna ilə bağlı yeni planı: 4 bənddə nələr var?
Eye

ABŞ Ukrayna ilə bağlı yeni planına Rusiyadan Avropaya neft və qaz kəmərinin çəkilişi də daxildir. Hansı ki, plana görə, onun mənfəəti Moskva və Kiyev arasında bölünəcək.

“Bakupost” “The Washington Post”a istinadən xəbər verir ki, ABŞ və Avropa ölkələri Ukrayna və Rusiyaya iqtisadi fayda və təhlükəsizlik zəmanətləri təmin edəcək və ərazi nizamlanması üçün əsas yaradacaq birgə sülh təklifi hazırlayır.

Qəzetin məlumatına görə, bu plan cümə günü Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun villasında Ukrayna, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə müzakirə edilib.

Plan dörd komponentdən ibarətdir. Rusiya prezidenti Vladimir Putinə mesaj belədir: yalnız Ukrayna ilə müharibəyə son qoymaqla kifayətlənmək deyil, həm də Avropa ilə regionda sabitliyi bərpa edəcək iqtisadi və təhlükəsizlik müqaviləsi bağlamaq lazımdır.
Bu məqsəd isə xüsusən də enerji müqaviləsi əsasında Rusiya, Ukrayna və Avropanın iqtisadi inteqrasiyasını nəzərdə tutur. Rusiya neft və qazının Avropaya nəqli üçün boru kəməri onun bir hissəsi ola və Kiyevlə Moskva bu təchizatdan əldə etdiyi mənfəəti bölüşdürə bilər.

Amma burada söhbətin konkret hansı boru kəmərindən getdiyi açıqlanmır.

Bildirilir ki, sülh müqaviləsi Rusiyanın "Avropa enerji bazarına uzunmüddətli çıxışını" təmin etməklə yanaşı, iqtisadi sanksiyaların necə və nə vaxt qaldırılacağını da müəyyən etməlidir.

Planın digər hissəsi Ukraynanın bərpasına yardımla bağlıdır.

Dünya Bankı və ABŞ aktivlərinin idarəçisi "BlackRock" ölkənin viran qalmış ərazilərin bərpası, həlak olmuş və yaralanmış hərbçilərin ailələrinə müavinətlərin ödənilməsi və dağılmış iqtisadiyyatın bərpası ilə bağlı maliyyə ehtiyaclarını ödəmək üçün bir mexanizm yaratmaq niyyətindədir.

Əsas detallardan biri də təhlükəsizlik zəmanətləridir.

Ukrayna ABŞ və Avropa ölkələrindən Rusiyanın yeni hücumu baş verərsə, silahlı müdafiə ilə təmin edəcəklərinə dair zəmanət alacaq. Amerikalı rəsminin sözlərinə görə, bu yardım NATO-nun kollektiv müdafiə haqqında Nizamnaməsinin 5-ci maddəsinə bərabər olacaq. Rusiya həmçinin Avropa ölkələri ilə təhlükəsizlik problemlərini həll etməyə yönəlmiş müqavilələr bağlayacaq, baxmayaraq ki, bunlarda dəqiq nələrin nəzərdə tutulacağı hələlik məlum deyil.

Planın ən çətin komponenti ərazi güzəştləridir. Ona görə, Rusiya hazırkı cəbhə xətti boyunca atəşkəsə razılaşacaq. Bu isə işğal olunmuş ərazilərin Rusiyanın nəzarəti altında qalacağı anlamına gəlir.
Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar