Ru
12:13 / 23 Noyabr 2026

Trampın yeni namizəd gedişi: Niyə məhz Stiven Miller?

Trampın yeni namizəd gedişi: Niyə məhz Stiven Miller?
Eye

ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib.

"Bakupost" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib.

"Bizdə sensasion xəbər var: o, (Stiven Miller – red.) bu iki nəfərdən daha yaxşıdır!", - deyə Tramp vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubioya işarə edərək bildirib.

Daha sonra Amerika lideri Ağ Ev aparatının rəhbərindən soruşub: "Prezidentliyə namizəd olmaq istəyirsinizmi?" Miller isə gülümsəyib, amma cavab verməyib. Tramp həmçinin Milleri "dünyanın ən güclü adamı" adlandırıb.

Qeyd edək ki, bu günə qədər Trampdan sonra respublikaçıların prezidentliyə namizədləri qismində iki nəfərin-məhz Venslə Rubionun adı halanırdı. Amma Trampın son açıqlaması bu istiqamətdə indiyə qədər olan düşüncələri alt-üst etdi.

Görəsən, Tramp prezidentliyə namizədlər məsələsində niyə Vens və ya Rubioya deyil, aparat rəhbəri Millerə yatırım edib?

Siyasi şərhçi Taleh Əliyev “Bakupost”a bildirib ki, ABŞ-də Prezident seçkiləri hüquqi baxımdan dünyanın bir sıra ölkələrində olduğu kimi seçki ili və yaxud onun elan edilməsinə bir neçə ay qalmış başlamır:

“ABŞ-də rəsmi prosedur qayda seçki kampaniyasının başlanmasından iki il əvvələ təsadüf edir. Ölkədə keçirilən aralıq seçkilərindən sonra prezidentliyə də namizədlik proseslərinə start verilir. Bu əsasda cari ilin noyabrın sonu-dekabr ayı ərzində prezidentliyə namizədlərin elan olunmasına başlanılır. Burada söhbət hər iki partiyada bir deyil, bir neçə namizədin elan olunmasından gedir. 2027-ci ilin birinci yarısında isə partiyadaxili namizədlərin yarışı start götürəcək və həmin proses ilin ikinci yarısında da davam edəcək. 2028-ci ilin yayında isə partiyaların vahid namizədləri müəyyənləşəcək”.

Bu baxımdan müsahibimizə görə, Tramp tərəfindən varisinin adının açıqlanması komandasının posttramp dövrünə hazırlığı kimi də qiymətləndirilə bilər:

“Tramın açıqlaması onu göstərir ki, o əsas varis qismində məhz Ağ Evin aparat rəhbəri kimi yenicə, yəni noyabrın 9-da fəaliyyətə başlayan Stiven Milleri görür. Gənc olmasına baxmayaraq, Miller Trampın birinci hakimiyyəti dönəmində də onun ən yaxın siyasi silahdaşı və siyasi kompaniyasının əsas fiqurlarından biri olub. Onu da qeyd edək ki, indiki vəzifəsinə qədər Miller milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Yəni o əvvəldən də ABŞ-nin hazırki siyasətində mühüm mövqeyə malik bir şəxs olub”.

Ekspertin fikrincə, Trampın Millerin namizədliyini təklif etməsi, Vens və Rubiodan fərqli olaraq onun reputasiyasının təmiz olması ilə bağlıdır:

“Sirr deyil ki, Trampın son iki ildə həyata keçirdiyi anlaqsız siyasəti nəticəsində onun özü kimi, həmçinin vitse-prezident və dövlət katibinin də reputasiyası korlanıb. Bu baxımdan Millerin namizədliyinin irəli sürülməsi fikrimcə, vitse-prezident və dövlət katibindən fərqli olaraq, Ağ Ev aparatı rəhbərinin reputasiyasının hələlik təmiz və habelə onun gənc, perspektivli kadr olması ilə bağlıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar