Ru
19:26 / 14 İyul 2026

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
Eye

Türkiyənin dövlət yayımçısı olan TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib.


"Bakupost" xəbər verir ki, bu vəzifəyə Sefa Burak Bozyel gətirilib.


O, iyunun 18-i bu vəzifəyə təyin edilib, iyulun 6-dən etibarən isə TRT-nin Azərbaycan üzrə nümayəndəsi (təmsilcisi) kimi rəsmi fəaliyyətə başlayıb.

Sefa Burak Bozyel 28 iyul 1989-cu il tarixində Türkiyənin İğdır şəhərində anadan olan Bozyel ali təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadi və İnzibati Elmlər Fakültəsində başa vurub.

Əmək fəaliyyətinə isə 2014-cü ildə Türkiyə Maliyyə Nazirliyində müfəttiş vəzifəsində başlayıb.

Sonrakı illərdə Türkiyə Radio və Televiziya Qurumunda (TRT) fəaliyyətini davam etdirən Bozyel əvvəlcə TRT Təftiş Departamentində baş müfəttiş vəzifəsində çalışıb.


Daha sonra TRT Xəbər Kanal Departamentində Dairə Başkanının müavini vəzifəsini icra edib. Bu müddət ərzində xəbər yayımının təşkili və koordinasiyası, canlı yayımların planlaşdırılması və icrası proseslərində fəal iştirak edib, çoxsaylı xüsusi layihələrin və canlı yayımların uğurla efirə çıxarılmasına rəhbərlik edib.

Onun iştirakı ilə həyata keçirilən yeniliklər TRT Xəbər Kanalının yayım keyfiyyətinin yüksəldilməsinə və texnoloji imkanlarının genişləndirilməsinə mühüm töhfə verib.

Bozyel TRT-nin Azərbaycan üzrə nümayəndəsi vəzifəsində təmsil etdiyi qurumla Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və qurumun Azərbaycandakı fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir.

Səfa Burak Bozyel ailəlidir, bir övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar