Almaniyada yaşayan türk əsilli cütlüyün “Qalatasaray” fanatikliyi idman dünyasının gündəminin zəbt edib. Ailə Hannoverdə dünyaya gələn əkiz oğlan uşaqlarına “Cihangir Osimhen” və “Alpagu Torreira” adlarını verərək sosial mediada böyük marağa səbəb olub.
Bakupost.az xəbər verir ki, cütlük ad seçimi edərkən “Qalatasaray”ın ulduz futbolçuları Lucas Torreira və Victor Osimhendən ilham alıb. Futbolsevərlər heyrətlə qarşıladığı bu xəbər qısa zaman ərzində sosial şəbəkələrdə trend olub.
“Qalatasaray”lı azarkeş qrupları bu qərarı “Həqiqi Cim-Bom sevgisi” ifadələri ilə paylaşıb. İsimlərin həm Türk, həm də futbol mədəniyyətini əks etdirməsi sosial mediada zarafata və gülməli şərhlərə səbəb olub. Bir çox izləyici “Bir sonraki nəsil artıq “Qalatasaray”lı doğuldu” kimi şərhlər yazıb.
Cavid, BakuPost