Ru
20:44 / 09 İyun 2026

Türk dövlətində terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanıldı - FOTO

Türk dövlətində terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanıldı - FOTO
Eye

Qırğızıstannın xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyat keçirərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfəri saxlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

"Milli Təhlükəsizlik Dövlət Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini xadimlərə qarşı terror aktları planlaşdıran beynəlxalq terror təşkilatlarının - "Katibat ət-Tövhid vəl-Cihad" və "İslam Dövləti"nin fəal üzvlərinin zərərsizləşdirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirib", - məlumatda bildirilib.

Əməliyyat nəticəsində terror cinayətlərinin hazırlanmasında iştirakda şübhəli bilinən 31 nəfər saxlanılıb. Onlardan 11 nəfər Oş vilayətində, 20 nəfər isə Batken vilayətində tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar