Ru
10:21 / 08 İyun 2026

Türk lideri artıq Paşinyanı təbrik etdi

Türk lideri artıq Paşinyanı təbrik etdi
Eye

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bakupost.az xəbər verir ki, bu barədə “tengrinews.kz” məlumat yayıb.

Kasım-Jomart Tokayev Nikol Paşinyana uğurlar arzulayıb.

O qeyd edib ki, Qazaxıstan qarşılıqlı maraq doğuran bütün sahələrdə dost Ermənistanla fəal əməkdaşlığı davam etdirməyə hazırdır.

Xatırladaq ki, Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb. Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku 23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb. Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. Ümumilikdə seçkidə 1 224 957 nəfər səs verib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar