Ru
17:27 / 07 Sentyabr 2026

“Türk mədəniyyəti və irsi səfiri" fəxri adı təqdim edildi

“Türk mədəniyyəti və irsi səfiri" fəxri adı təqdim edildi
Eye

3 sentyabr 2026-cı il tarixində Daşkənd şəhərində “Türk dünyasının mənəvi irsi: ədəbiyyat – dövrlər və nəsillər arasında dialoq” adlı Özbəkistan və Qazaxıstan Yazıçıları Forumu çərçivəsində bir sıra görkəmli şəxsiyyətlərə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının mədəni və humanitar əməkdaşlığının inkişafına, ümumi mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə verdikləri töhfələrə görə “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı təqdim edilib.

"Bakupost" xəbər verir ki, Fəxri ada Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultonov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Sirojiddin Sayyid və Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov layiq görülüblər.

Fəxri ad Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Prof. Aktotı Raimkulova tərəfindən təqdim edilib.

Xatırladaq ki, bu fəxri ada 2025-ci ildə ilk dəfə dünya şöhrətli TURAN musiqi kollektivi layiq görülüb.

“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verən şəxsiyyətlərin xidmətlərinin xüsusi təqdir edilməsinin göstəricisidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar