Osmanlı mənbələrində Gövhərşah xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın anası kimi tarixdə mühüm rolu olan bir qadındır.
“Mehmed: Fetihler Sultanı” serialında Sara xatun ilə Sultanın görüşünə dair səhnəyə baxdım. Açığı deyim, türk seriallarında bacardıqca Azərbaycan türkləri və Azərbaycan dövlətçiliyi barədə düzgün olmayan ifadələr səslənir. Çoxsaylı yanlışlıqlar var və bunlar aşağıdakılardır:
1) Geyim:
Serialda Sara xatunun geyimi də tamam yanlış göstərilir.
Sara xatunun geyimi tünd qırmızı, firuzəyi və göy rənglərdə olurdu, Geyimlərin üzərindəki bəzəklər, bitki formalı naxışlar və xətt elementləri adətən qızılı və ya gümüşü saplarla işlənilirdi. Məhz serialda qara geyimdən fərqli olaraq Sara xatun həmin görüşdə, mənbələrdə yazılır ki, təmkinli, müdrikliyi ifadə edən ağ və krem rəngli baş örtüklərindən istifadə edib.
Sara xatun da başını böyük ipək çarqatla örtür, onun üzərindən isə bəzən qiymətli daşlarla bəzədilmiş baş bəzəyi və ya araqçın qoyurdu. Bu, onun həm dindar, həm də ciddi bir dövlət xadimi obrazını tamamlayırdı.
Köynəyin üzərindən bədənə oturan, qolları düz və ya dirsəyə qədər olan arxalıq taxılırdı. Sara xatun bəzən arxalığın üzərindən "nimtənə" adlanan, önü açıq və qısaqol gödəkçələr də geyinirdi. Protokol geyimi olan cübbələr yerə qədər uzanır, ön tərəfi qiymətli düymələrlə və ya zərif bağlarla bağlanırdı. Diplomatik qəbullarda bu cübbələrin çiyin və yaxa hissələrinə xüsusi naxışlar vurulurdu.
Yəni serialda olduğu kimi qara geyimdə deyil idi.
Serial onun bu geyim ilə fars-məhzəbçi kimi göstərməyə cəhd edir. Lakin bu belə deyildi. Dövrün zadəgan Türk xanımlarının çoxu Sara xatundan açıq rənglər geyinməyi öyrəniblər. Serialdakı geyim isə Osmanlı saxtakarlığıdır, Xatunu və bizim tariximizi aşağılamağa yönəlib.
2) II Mehmed ona “Validəm” deyib, lakin serialda “Ağqoyunlu dövlətinin qadın sultanı” sözünü deməsini verməyiblər. Çünki Şərq və Qərb ölkələrində bu cürə tanınan şəxsiyyətə diplomatik qanunlara görə müraciət edilirdi. Çünki Sara xatun təkcə hökmdar Anası deyil idi. Şairləri, ədibləri, elm xadimlərini himayə edən Sara xatun çox sayda məscid, imarət tikdirmiş, su kanalları çəkdirmiş, dağılmış zaviyyə və karvansarayları təmir etdirmişdi.
Hazırda Anadoluda Harput şəhərində yerləşən Buğday məscidi və Cəmşid hamamı Sara xatunun adını daşıyır. Harpudun ən böyük məscidi olan Buğday məscidi şəhərin tam ortasında meydanda yerləşir. Kəlkitdə yerləşən zaviyə də Sara xatunun adını daşıyır. Zaviyənin üzərində “Sara Xatun valideyi Uzun Həsən” kitabəsi qorunub saxlanılır.
3) Sara xatunla Sultan arasında dialoqda serialdan çıxarılan söz də var.
Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:
-Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt.
Ona cavab olaraq Sultan deyir:
-Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.
Sara xatun isə:
"Oğul, bu zəhmət sadəcə bir qala üçün deyil. Bu, İslam bayrağını ucaltmaq və gələcəkdə iki qardaş dövlətin bir-biri ilə savaşmasının qarşısını almaq üçündür.
4) Hədiyyələr
Sara xatun Sultan II Mehmedə Ağqoyunlu ölkəsinin ən nadir töhfələrini — cins ərəb atları, Təbriz ustalarının hazırladığı qiymətli silahlar, zərif ipək parçalar və xalçalar gətirmiş idi. Lakin serialda bu da göstərilmir.
5) Ağqoyun yoxsa Ağ-qoyon
Serialda Sara xatunun qarşılanması zamanı “Ağ qoyun kəsildimi”, “Ağ çadır quruldumu” və sairə fikirlər səslənir. Oğuz törəsinə görə ağ qoyun kəsilməsi qələbə qazanıldıqda, bəylik taxtına oturduqda, mühüm bir sülh əldə edildikdə və ya böyük bir qurultay toplananda baş verirdi. Ssenaridə Ağqoyunlu dövlətindən bəhs edilərkən, onların bayrağındakı və tayfa simvolundakı "Ağ qoyun" toteminə tez-tez eyham vurulur. "Ağ qoyun kəsildimi" və ya bənzər ifadələr, Osmanlı sarayında və ya hərbi şurada Ağqoyunlu təhlükəsinin neytrallaşdırılması, Uzun Həsənin hərbi gücünün qırılması mənasına gələn bir siyasi mesaj kimi işlədilir.
Birinci əslində bu cümlə Ağ-Qoyon olmalıdır.
Oğuzlar, uyğurlar və qara-çin (xitay, katai) türk boyları arasında “Qoyon” sözü – “böyük və hörmətli” mənasındadır. Bu dövləti türk mənbələrində Bayındırlu, farsca əsərlərdə isə Bayındıriyyə adlanır. Bayandur tayfasının damğasını dövlətlərinin rəsmi nişanı kimi qəbul etdilər. Belə ki, Bayandur damğası dövlətin sikkələrində, rəsmi sənədlərdə, silahlarda və bayraqlarda öz əksini tapıb.
Bayandur dövlətinə 39 türk boyu daxil idi ki, bura əfşarlar, qaramanlar və şairlərin adını çəkmək olar. XVII əsr tarixçisi Əbu-l-Qazi qeyd edir ki, Bayandır tayfası 24 qədim türkman tayfasından biri - Oğuz xanın birbaşa nəslindəndir.
Və Osmanlı sultanı məktubunda həqarət mənasında Həsən Padşaha "Hasan draz" kimi müraciət edir və bu da bir Türk rəhbərinə qarşı təhqir idi.
Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi.
Zaur Aliyev,
Tarixçi alim
Əksər islam-müsəlmanlar, xüsusilə türklər və azərilər tarixin şüurlu sayılan ən tənbəl məxluqlarıyıqmış? Ölkəmizdə bu qədər fəal anti-türk, anti-islam və qeyri-məyyən tolerant türkün tərsi anti-insani, yüksək fəal anti-vətəndaş vaşaddığı mənim ağlıma gəlməmişdi? Bunlar hamısı on mindən çox günahsız azərbaycanlını xaricdən hərbi dəstəklənən *Miatsum!*genosid cinayətinin başçılarının mütəşəkkil yeni anti-türk siyasəti və tarixi yozmaq cəhdlərindən xəbərmi? Çarlığın kartasını açın çəhrayı Rus İmperinə qənimət sarı rəngli ayrıca-Qafqaz Türkiyəsini, əslində onun əski Qafqaz elini və təbii ki, güneydə Urmiyyə qədər şahlıq olmalı Azərbaycan ilçəsini də müşahidə edə biləcəksiniz? Bu təfriqə kimlərin kəşfii...dır?
Yüksək Dəyərli tarixçi əlim Zaur Aliyev, Siz, Türkiyə, türk, İran, fars, Azərbaycan və azərbaycanlı tarixlərini hansı dildə, hansı nəşrdən alıb-oxumusunuz? 1.Kremlin İqtisadi islahatçısı Parisdə özəlcə dünyanın Yenidən Bölüşmə sövdələşməsini aparanda Bakı və İrəvan küçələrində ABŞ hidusundan, Hindli Krişnahitə qədər saysız-hesabsız rusca və digr dillərdə kitablar satılırdı? 2.Türkiyənin hay-Qreqorianların iddia etdiyi Tramzonda bizim Qasarlılar kimi lazalar da yaşayır və onlar da müsəlmandır! 3.Siz yeddi-on əsr öncəki Osman sultanlığının hansı dövrünü yaşamısınızmı ki, onu birbaşa saxtakar adlandırıbsınız? 4,Şahmatda hər gediş çox fərqli olduğundan saxtakarlıq istisnadır və hər bir səhv pat, mat etməsə də, ən azı taktiki və ya strateji itgilərə aparır? Osmanlı quruluşunda saxtakarlıq olsaydı, süquta-iflasa uğramaz daha geniş-güclü imperiyaya çevrilərdi?
Düz deyirdi, Belə şeylər deyilməsə, qarşısı alınmasa, öz milli mənəviyyatlarımızı, tariximizi qorumasaz bu türklər hələ çox turp əkəcək başımıza. Onu bilin ki türklər bizləri sevmir, ama sizlər ölürsüz onlardan sarı.
Camaat yaşamağa yollar axtarır,bu səfeh səfeh yazılar yazır.Sən Allah ged işinlə məşğul ol.Sara xatun nə geyinib,bəhmən falan...Öz gözümüzdə tiri görmürük,başqalarından səhv axtarırıq.
Kimlərsə qardaşlar arasına fitnə salmaq istəyir deyəsən
1CİSİ SİZ SEVİNİNKİ SİZİN YERİNİZƏ AĞQOYUNLU DÖVLƏTİN HƏSƏNİ ANASIN YAD EDİB SƏHNƏLƏŞDİRİBLƏR, 2CİSİ MƏNDƏ BAXIRAM OMSERYALA ÇOX GÖZƏL HÖRMƏTLİ DİQƏTLİ ÇƏKİBLƏR, 3CÜSÜ ONDA BÜTÜN AVROPA KİNOYA GÖRƏ TÜRKİYƏYƏ MÜHARİBƏ EDƏ, ÇÜNKİ ROMA PAPA KRALLAR QALA SAHİBLƏRİ XİRİSTİANLIQLA BAĞLI ALÇALDICI TƏHQİRLİ SƏHNƏLƏR VAR, 4CÜ HÜNƏRİNİZ SEVGİNİZ VAR SİZDƏ SƏFƏFİDƏN Ağ QARAqoyunludan 1nidə siz çəkib osmanlını pisləyin, 5ci si isə TÜRKƏ nəqədər nifrət etsəz bir o qədər özünüz gözdən düşüb TÜRKÜ ucada saxlayacaqdır.
Fars erməni yönümlü Daha çox sanki bir tarixçinin iki türkü bir birinə düşmən etmək üçün mənasız düşmənçilik toxumu səpmək adına yazılan biri digəri ilə uygunlaşmayan söz yığınıdır. "Ar olsun sizin kimi içimizdə olan tarixçi adı qoydugunuz qurdlara! Hansı mənsəbə qulluq etməyiniz yazınızdan bəlli ki, amalınız fikriniz murdardır! Bu yazı yazan adamın Azərbaycanı sevməsi də şübhəlir!
Bilmirdiniz özünüzü xıı əsrə kimi Qafqaza ayağı dəyməyən türklərə yamaq edəndə, onlar da belə edəcəklər.
Birinci Allah müsəlmanlarladı,ikinci qoyun olub,üçüncü Aliyevdə olar Əliyevdə əslində İslam tarixinə görə Ayn olmalıdır yəni Aəliyev.İslam tarixi daima ucalmaqdadır,dördüncü iki İslam qardaşın arasına imkan verməyəcəyik girsinlər və bu qətiyyən yol verilməzdir bizim öz ana dilimiz özümüzə bəsdir buda Azərbaycan Türk tarixində qədim Ərəbistanın tarixinnən götürülüb.Ən əsası İslam tarixinnən götürülüb.Ən düzün Allah bilir və bizədə bildirir.
Seyyid qardasimizin fikrinə qatılaraq bildirirəm ki bu yazının tarixçi alim, Azərbaycanda türkçülüyə, türk millətinin tarixinə daima qara yaxan, qarşı olan , daima böhtan atan İran fars rejiminin Azərbaycandakı tərəfdarlarınin qarşında həmişə tutarlı arqumentlər qoyan hörmətli alim Zaur Əliyevin bu məqaləni yazması şubhə doğurur!
Hər həftə Türkiyə türklərini sosial şəbəkələrdə yalandan, montaj edilmiş videolarla, uydurulmuş saxta məlumatlarla pisləyən fars kökənlilerin əlinə yaxşı fürsət duşüb ki yenidən pisləsinlər. Obyektiv olmaq əsas müsbət keyfiyyətlərdən biridir. Türkiyədə olan hər hansı səthi dərhal dusmənçilik və ya Azərbaycanı istəmədikləri kimi qələmə verməyə çalışırların artıq kimliyi bəllidir. Onların bir marağı, bir istəyi var,vTurkiyə ilə Azərbaycanın arası soyuq olsun. İran fars rejiminin əsas strategiyadan biri budur. İlk növbədə baxmaq vacibdirki ssenarini yazanların, filmi çəkənin milliyyəti nədir. Türkiyədə 22 milyon kürd, 5 milyona yaxın ərəb, 3 milyondan çox fars, fars kökənli, 200 mindən çox erməni və bir o qədər də yunan, və s millətlər yaşayır. Səfi ünvana çatdırmaq lazımdır, onu Azərbaycana qarşı qəsd, dusmənćilik kimi vermək cahillikdir;
SALAM HER KESE, KECMISE BAXSAQ, FERQLI - FERQI SAHLAR, QERARLAR, CEKISMELER, BERKIMELER OLUB, AMMA YENEDE BİRİK, GUCLUYUK, MÜSELMANLAR BİR OLSA, DUNYAYA BİZ HOKM EDERİK, AMMA BİRLİK YOXDU BUZ MUSELMANLARDA VESSALAM...
Olduğu kimi verilməlidir. Vicdanı olmayan bu işi qəstdən edib. Ermenı fikirli adamlar...
Düzgün deyil. Burda fars və erməniyə işləyən fikir və əllər var.
Yazınızı oxuyub,xəcalət çəkdim????♀️ birincisi təhlildən çox təki irad olsun deyib söz yıgını toplamısınız.Çünki dediyiniz şeylərin heç biri qəti tutarlı səbəb deyil.Daha çox sanki bir tarixçinin iki türkü bir birinə düşmən etmək üçün mənasız düşmənçilik toxumu səpmək adına yazılan biri digəri ilə uygunlaşmayan söz yığınıdır və qalan bütün fikirlərimi artıq "Türk" adlı oxucu tam qeyd edib.Ar olsun sizin kimi içimizdə olan tarixçi adı qoydugunuz qurdlara! Hansı mənsəbə qulluq etməyiniz yazınızdan bəlli ki, amalınız fikriniz murdardır!Şəxsən mən nə Türkiyənin,nə də başqa bir ölkənin aşırı pərəştışkarı deyiləm,amma bu yazı yazan adamın Azərbaycanı sevməsi də şübhəlir!