Gümrüdə "Mercedes" markalı yük maşını qadın piyadanı vurub və qadın xəstəxanada ölüb.
"Bakupost" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, qəza saat 17:50 radələrində baş verib. İlkin məlumata görə, yük maşınının sürücüsü Türkiyə vətəndaşıdır.
Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanılıb və araşdırma çərçivəsində sürücünün və ölənin şəxsiyyəti müəyyən edilir.