Oktyabrın əvvəlində İrandan Türkiyəyə bütün uçuşlar dayandırılacaq.
"Bakupost" xəbər verir ki, bu barədə mənbələrə istinadla “Türkiye Today” məlumat yayıb.
Türkiyə rəsmiləri indiyədək belə bir qərar elan etməyiblər. Amma İranın hava yolları şirkətləri ilə yaxın əlaqələri olan Türkiyə rəsmisi uçuşların mümkün ləğvini təsdiqləyib.
ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviadaşıyıcılarına xidmət göstərən istənilən hava limanı və ya şirkət ABŞ-nin dollar sistemindən kənarlaşdırılma riski ilə üzləşə bilər. Bu fonda Gürcüstan, Qazaxıstan, Türkmənistan, Oman, Küveyt, BƏƏ, İraq da daxil bir sıra ölkələr hava limanlarını İran aviaşirkətləri üçün bağlayıblar.