Ru
19:27 / 23 Oktyabr 2026

Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən qovuldu – ŞOK SƏBƏB

Eye

Türkiyə Dəyanət Vəqfinin (TDV) baş direktoru İzani Turan və onun iki müavini – Rəcəb Şükrü Balkan və Fatih Kayacan vəzifələrindən azad ediliblər.

"Bakupost" APA-ya istinadən bildirir ki, Qəzza üçün toplanan ianələrin investisiya fondlarına yatırıldığı iddialarından sonra yuxarıda adıçəkilən şəxslər vəzifələrindən azad olunublar.


Fond əməliyyatları ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

İşdən çıxarılma qərarlarından sonra bütün diqqətlər Dini İşlər İdarəsinin rəhbəri və Türkiyə Dəyanət Vəqfinin (TDV) Qəyyumlar Şurasının sədri Safi Arpaquşa yönəlib. Arpaquş məsələ ilə bağlı heç bir yeni açıqlama verməyib.

Qeyd edək ki, Dəyanət Vəqfi Türkiyə vətəndaşlarının Qəzzada fələstinlilər üçün yığdığı ianə və zəkatı birja fondlarına yatırıb və nəticədə 48% civarında böyük bir zərər edib. Halbuki Vəqfin özünün fətvalarında açıq şəkildə qeyd olunur ki, zəkat və yardım pullarının möhtac şəxslərə çatdırılmadan əvvəl qazanc məqsədilə investisiyaya yönləndirilməsi caiz deyil.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar