Türkiyə-Ermənistan sərhədinin açılma tarixi qeyri-müəyyəndir
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindən RİA Novosti-yə (Rusiya) bildirilib.
Qeyd olunub ki, Ankara və İrəvan arasında sərhədlərin açılması üçün hələlik dəqiq bir tarix yoxdur. Prosesin növbəti mərhələsi iki ölkə arasındakı normallaşma dialoqunun gedişatından asılı olacaq.
Türkiyə XİN sözçüsü Öncü Keçeli tərəflərin hələ mayın ortalarında birbaşa ticarətə başlamaq üçün hazırlıqları tamamladığını bildirsə də, sərhədin açılması ilə bağlı qərarın ikitərəfli danışıqların dinamikasına bağlı olduğunu bildirib.
Ankara konstruktiv dialoqun davam etdirilməsinin Cənubi Qafqazda sabitliyə və qonşuluq münasibətlərinə töhfə verəcəyini vurğulayır.