Krımın qərbində, Qara dənizdə Türkiyə bayrağı altında üzən "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, nəticədə gəmidə olan bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Yaxınlıqda olan digər balıqçı gəmisi batan gəmidəki yaralıları xilas edib.
Qeyd edək ki, bu gün azərbaycanlıların idarə etdiyi iki yük gəmisinə hücum edilib, 5 azərbaycanlı ölüb, 4 nəfər yaralanıb.