Türkiyə televiziyalarındakı siyasi tok-şoularda, müzakirə proqramlarında diqqət çəkən və Azərbaycan üçün təhlükəli olan bir məqam var. Bu proqramda iştirak edənlərin böyük əksəriyyətinin faşizmdən daha təhlükəli olan raşizmin lideri Putinə sevgi və hətta pərəstişi, Rusiyanın işğalçı siyasətinə qarşı Ukrayna xalqının rəşadətli müqavimətini təşkil edən Vladimir Zelenskiyə qarşı dərin nifrəti Azərbaycan cəmiyyətinə yayılır. Zelenski ilə yanaşı Qərb, xüsusilə də Böyük Britaniya və əfsanəvi baş nazir Boris Conson müharibənin əsas günahkarı kimi təbliğ olunur.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, Ərol Mütərcimlər adında keçmiş hərbçi, hazırda isə siyasi təhlilçikliklə məşğul olan şəxs Zelenski və Consonu “müharibənin iki əsas günahkarı” elan edir:
“Mütəricimlər Zelenskinin “2-ci dərəcəli serialların 3-cü dərəcəli aktyoru səviyyəsində siyasətçi” olduğunu da iddia etməkdən çəkinmir.
Mehmet Okkan adlı istefada olan bir general isə Zelenski ilə Netanyahunu müayisə edirərək, ikisinin eyni cinayətləri törətdiyini və buna görə bir gün məhkəmə qarşısında cavab verəcəklərindən qorxduqlarını bildirir. Üstəlik bu zaman incə şəkildə onların ikisinin də eyni etnik mənşədən olmasına işarə edir. Bütün bu fikirlər Azərabyacana da yayılır və ictimai rəyin təhlükəli istiqamətə yönlənməsinə səbəb olur.
“Şoumen: Dünyanı sarsıdan və Vladimir Zelenskini liderə çevrilən işğal” (The Showman: Inside the Invasion That Shook the World and Made a Leader of Volodymyr Zelensky) kitabının müəllifi Saymon Şuster son müsahibələrinin birində Zelenski haqqında belə deyir: “Zelenskini qiymətləndirməmək olmaz. O, kifayət qədər güclü, hiyləgər və ağıllı oyunçudur. O, artıq təcrübəli hərbi rəhbər və diplomatdır”.
Zelenskinin Ağ Evdə Prezident Donald Trampın və vitse-prezident Cey Di Vensin qaba təzyiqi qarşısnda bir addım da geri atmaması, dövlətinin və xalqının maraqlarını mətanətlə müdafiə etməsi Şusterin dəyərləndirməsinin təsdiqidir.
Türkiyə televiziyalarının tirajladığı təhlükəli fikirlər Azərbaycan cəmiyyətində mənfi, hətta təhlükəli tendensiyaların yaranmasına səbəb ola bilər”.
Asena,
BakuPost