Ru
18:00 / 30 İyul 2026

Türkiyə kosmos yarışında: Qardaş ölkə Aya çıxmağa hazırlaşır

Türkiyə kosmos yarışında: Qardaş ölkə Aya çıxmağa hazırlaşır
Eye

Türkiyə öz hazırlayacağı kosmik aparat vasitəsilə Aya çıxmağa hazırlaşır.

“Bakupost” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.

Nazirin sözlərinə görə, Ay Tədqiqat Proqramı çərçivəsində Türkiyədə layihələndirilən və istehsal edilən kosmik aparatın Aya göndərilməsi planlaşdırılır. O qeyd edib ki, bu təşəbbüs ölkənin kosmos proqramında yeni mərhələnin başlanğıcı olacaq.

Kacır həmçinin Ankarada kosmik texnologiyalar parkının yaradılması istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə yalnız kosmosa müstəqil çıxış imkanlarını gücləndirməyi deyil, həm də beynəlxalq buraxılış mərkəzi kimi fəaliyyət göstərəcək kosmodrom yaratmağı hədəfləyir.

Nazir əlavə edib ki, ölkədə peyk texnologiyaları və kosmik tədqiqatlar sahəsində həyata keçirilən layihələr davam etdirilir və bu istiqamətdə yeni texnologiyaların inkişafına xüsusi önəm verilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar