Türkiyənin İstanbul şəhərində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə işində maraqlı məqam yaşanıb.
"Bakupost" xəbər verir ki, cütlüyün boşanma işində birlikdə sahibləndikləri 3 pişiyin qəyyumluğu qadına verilib.
Məhkəmə eyni zamanda pişiklərin baxımı üçün lazım olan xərcin ortaq qarşılanması ilə bağlı qərar çıxarıb.