Ru
22:14 / 10 Mart 2026

Türkiyə parlamentində İranla bağlı İCLAS

Türkiyə parlamentində İranla bağlı İCLAS
Eye

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də regiondakı son vəziyyət qapalı iclasda müzakirə olunub.

Bakupost.az xəbər verir ki, təxminən dörd saat davam edən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler deputatları məlumatlandırıblar.

İclas parlamentin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə keçirilib və regiondakı hadisələr geniş şəkildə müzakirə edilib.

Məlumatlandırmadan sonra parlamentdə təmsil olunan siyasi partiyaların qrup nümayəndələri və fraksiyası olmayan partiyalardan iki deputat çıxış edərək mövqelərini bildiriblər.

Qapalı iclasdan sonra parlament sədrinin müavini Pervin Buldan növbəti iclasın sabah saat 14:00-da keçiriləcəyini elan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar