Ru
14:53 / 21 İyul 2026

Türkiyə rəsmən elan etdi: S-400-ləri satır

Türkiyə rəsmən elan etdi:  S-400-ləri satır
Eye

Türkiyə Rusiyanın S-400 sistemlərinin təkrar ixracı ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət dinamika ilə davam edən proses çərçivəsində keçmişdən qalan və üçüncü ölkələri də maraqlandıran məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll yolları axtarılır”, - o bildirib.

Qeyd edək ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra yaranmış çətinliklər Türkiyənin F-35 proqramından çıxarılmasına səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar