Ru
21:39 / 22 May 2026

Türkiyə XİN Yunanıstanda terrorçunun azadlığa buraxılmasını pislədi

Türkiyə XİN Yunanıstanda terrorçunun azadlığa buraxılmasını pislədi
Eye

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda terror təşkilatı lideri Yotopoulosun azadlığa buraxılmasını pisləyən bəyanat yayıb.


Bakupost.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"1991-ci ildə Afina səfirliyimizin mətbuat attaşesi Çetin Görgünün qətlini təşkil etdiyinə görə 17 ömürlük və 25 il ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş terror təşkilatının lideri Aleksandros Yotopulosun 21 may 2026-cı ildə azadlığa buraxılmasını şiddətlə pisləyirik. Ölkəmizi xaricdə şərəflə təmsil edən diplomatlarımızı hədəf alan sui-qəsdləri və hücumları təhrik edən bu xain terrorçuya göstərilən tolerantlıq şəhid diplomatlarımızın və onların ailələrinin xatirəsinə böyük hörmətsizlikdir və qəbuledilməzdir."

Bəyanatda qeyd olunur ki, Yunanıstan hakimiyyət orqanları terrorizmlə mübarizəyə mane olacaq addımlar atmamalı və məhkum edilmiş terrorçuların cəzalandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar