Ru
19:01 / 27 Sentyabr 2026

Türkiyədə 5 yaşlı qız uşağı diş müalicəsindən öldü

Türkiyədə 5 yaşlı qız uşağı diş müalicəsindən öldü
Eye

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb.

"Bakupost" xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynləri uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Hatice Serranı xilas etmək mümkün olmayıb.

Qızın anesteziyadan sonra vəziyyətinin pisləşdiyi iddia olunur. Onun dəqiq ölüm səbəbi aparılacaq məhkəmə tibi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırma aparılır.(lent.az)

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar