Ru
22:17 / 26 Sentyabr 2026

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?
Eye

Türkiyədə keçirilən sorğuda respondentlərin 56,5 faizinin Azərbaycanı Türkiyənin dostu hesab etməsinə baxmayaraq, 24,9 faizin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsi düşündürücüdür. Bu vəziyyət ancaq düşmənlərimizin maraqlarına xidmət edir.


"Bakupost" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Sosial şəbəkələrdə ifrata varmaqdansa, bir-birimizi daha yaxşı anlamaq baxımından fikir ayrılığı yaradan mövzuların açıq və qapalı toplantılarda müzakirəsinə ehtiyac var. Bu haqda hər iki ölkənin rəsmiləri, diplomatları və ictimati xadimləri düşünməlidirlər”, - o bildirib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi Türkiyə sosial şəbəkələrində ölkəmizə qarşı bəzi kampaniyaların aparılmasında bəhanəyə çevrilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar