Türkiyədə fövqəladə hallar bölgəsi elan edilən Balıkəsir vilayətinin Sındırgı rayonunda bu gün saat 04:52-də daha bir zəlzələ qeydə alınıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Rixter” şkalası üzrə 4,2 maqnitudada baş verən zəlzələ ətraf vilayətlərdə də hiss olunub. İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı zərər qeydə alınmayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, Təkanlar 14,71 kilometr dərinlikdə qeydə alınıb və qısa müddətli təşvişə səbəb olub.
Cavid, BakuPost