Ru
23:55 / 19 Oktyabr 2026

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR -  FOTO
Eye

Türkiyədə oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan Maksim Qalkinin konsertinin ləğv edilməsi tələb olunur.


"Bakupost" xəbər verir ki, buna səbəb komediya ustasının İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyidir.

Aktivistlər bildiriblər ki, Qalkin bir neçə ildir İsraildə yaşayır, İsrail ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləyir və Qəzza zolağında baş verən humanitar fəlakətə haqq qazandırmağa çalışır.

Konsertin ləğv edilməsi tələbi ilə Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də İstanbulun yerli hakimiyyət orqanlarına müraciətlər göndərilib.

Yerli sakinlər də məsələyə etirazlarını bildiriblər. Onlar konsertin kim tərəfindən təşkil edildiyini və Qalkinin Türkiyədə çıxış etmək üçün hansı əsaslarla dəvət olunduğunu sorğulayıblar.

Qeyd edək ki, konsertin ləğv edilməsi ilə bağlı tələblər aktivistlərin mövqeyini əks etdirir. Konsertin taleyi ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar