Ru
17:43 / 11 Dekabr 2025

Türkiyədə mina əleyhinə unikal sistem yaradıldı – VİDEO

Türkiyədə mina əleyhinə unikal sistem yaradıldı – VİDEO
Eye

Türkiyənin “Maşın və Kimya Sənayesi” şirkəti tamamilə yerli imkanlarla “MKE ALPAY” adlı yeni müdafiə qurğusu hazırlayıb. Sistem, tank və piyada əleyhinə minalarını neytrallaşdıraraq hərbi birliklər üçün təhlükəsiz koridorlar yaradılmasını təmin edir.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, 400 kiloqram “C4” partlayıcı ilə təchiz edilmiş “ALPAY” 10 metr enində və 100 metr uzunluğunda bir sahədə minaları zərərsizləşdirmə qabiliyyətinə malikdir. O, əraziyə yerləşdirildikdən sonra raket 200 metrə qədər məsafəyə atılır və yerin 1 metr dərinliyində yerləşən bütün minaları təsirsiz hala gətirir.

Sistem iki nəfərlik heyət tərəfindən təxminən 15 dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilir və hər cür hava şəraitində effektiv şəkildə işləyir. Bu, türk əsgərinə döyüş baş verən ərazilərdə təhlükəsiz keçidini təmin etməkdə əhəmiyyətli üstünlük yaradır.

ALPAY yalnız ordunun taktiki ehtiyaclarına cavab vermir, eyni zamanda artan qlobal mina təhdidinə qarşı etibarlı və yüksək səmərəli həll kimi qiymətləndirilir. Sistem həm də yüksək ixrac potensialına malikdir və xarici bazarlarda da maraq doğurur.




Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar