Ru
09:37 / 01 Noyabr 2025

Türkiyədə növbəti zəlzələ – Balıkəsirdə təkanlar ara vermir

Türkiyədə növbəti zəlzələ – Balıkəsirdə təkanlar ara vermir
Eye

Türkiyənin Balıkəsir şəhərində baş verən 6,1 ballıq güclü zəlzələlərdən sonra təkanlar ara vermir. Gecə saatlarında silkələnmələrin davam etdiyi şəhərdə bu səhər saat 07:58-də (Bakı vaxtilə 08:58) 4,2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Bakupost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, avqustun 10-da və oktyabrın 27-də baş verən 6,1 bal gücündə iki güclü silkələnmənin ardından minlərlə zəlzələnin qeydə alındığı Balıkəsirin Sındırqı rayonunda gecəyarısı ard-arda 3,8 və 3,5 bal gücündə iki yeni təkan baş verib.

Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) internet səhifəsində yerləşdirilən məlumata görə, zəlzələnin ocağı yerin təxminən 6,79 kilometr dərinliyində olub.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar