Ru
15:12 / 13 İyun 2026

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO
Eye

Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub.


Bakupost.az Bizim.Media-a istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib.

İddialara əsasən, müəllim şikayət etdiyi məktəb rəhbəri əvəzinə uzaq kənd məktəbinə göndərilib. Onun yaşayış şəraitinin təmin olunmadığı, hər gün işə getmək üçün təxminən 3 min TL taksi xərci ödəmək məcburiyyətində qaldığı bildirilir.

Səs yazısında müəllimin çarəsiz vəziyyəti və yaşadığı çətinlikləri ifadə etdiyi iddia olunur. Bu vəziyyətin onun üzərində ciddi psixoloji təzyiq yaratdığı qeyd edilir.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Məsələ Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə böyük narahatlıqla izlənilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar