Türkiyədə lirə və valyuta ilə ödənişli hərbi xidmət haqqı artırılacaq.
Bakupost.az yerli mediaya xəbər verir ki, bu barədə hakim partiya tərəfindən Türkiyə Böyük Millət Məclisinə (TBMM) təklif irəli sürülüb.
Məlumata görə, hazırda 333 min 89 lirə (12875 manat) olan ödənişli hərbi xidmət haqqı 25,2% artırılaraq 417 minə (təxminən 16120) çatdırılacaq. TBMM-də təşkil edilən mətbuat konfransında bu artımın əsas məqsədinin müdafiə sənayesinə maliyyə dəstəyini gücləndirmək olduğu vurğulanıb. Qanun qəbul edildikdən sonra əldə ediləcək vəsait birbaşa Müdafiə Sənayesinə Dəstək Fonduna yönəldiləcək.
Valyuta ilə hərbi xidmət ödənişi də yeni qaydalarla təxminən 8 100 avro (təxminən 16230 manat) səviyyəsinə qalxacaq. Bu dəyişiklik xüsusilə xaricdə yaşayan türk vətəndaşlarını maraqlandırır. Avro ilə olan məbləğ lirə ilə olan ödənişli dəyişikliklərə uyğun şəkildə yenilənəcək.
Qanun təklifi TBMM-də komissiya mərhələsinə daxil olacaq, Ümumi Məclisdə qəbul ediləcək, rəsmi qəzetdə dərc olunacaq və ən sonda qüvvəyə minəcək.
Cavid, BakuPost