Türkiyədə Azərbaycanın Xalq şairi, görkəmli ictimai-siyasi xadim Sabir Rüstəmxanlı haqqında yeni kitab nəşr olunub.
Bakupost.az xəbər verir ki, “Sabir Rüstemhanlı armağanı” adlı kitab şairin 80 illik yubileyi münasibətilə hazırlanıb.
Kitabda Yavuz Bülent Bakiler, Ahmet B. Ercilasun, Namik Kemal Zeybek, Yahya Akengin, Aygün Attar, eləcə də Azərbaycandan millət vəkili Tənzilə Rüstəmxanlı, Qafar Çaxmaqlı və s. kimi elm və ədəbiyyat camiəsində tanınmış şəxslərin məqalələri yer alıb.
Kitabın tərtibatçısı, türk şair və yazarı İmdat Avşar Sabir Rüstəmxanlının yaradıcılığına yüksək qiymət verərək bildirib:
"Bəzi oğullar ailə ocağı üçün doğulur, ocağı saxlayır, soyunu davam etdirirlər. Amma millət üçün doğulan oğullar da var. Allah onları millətin ocağının yanması, millətin varlığının təmin edilməsi üçün göndərir. Sabir Rüstəmxanlı da millət üçün doğulan oğullardandır. Ona görə də səksən illik ömrünü türkçülüyə həsr edib".
Bunlarla yanaşı, nəşrdə Sabir Rüstəmxanlı ilə bağlı Türkiyədə aparılmış elmi araşdırmalar və şairin bir sıra şeirləri də təqdim olunub.
Lalə, BakuPost